Yığmamız 7-ci yer uğrunda mübarizə aparacaq

Yığmamız 7-ci yer uğrunda mübarizə aparacaq
17:54 9 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən Azərbaycan millisinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət yığmamız 7-8-ci yerlər uğrunda matçda iştirak edəcək.

 

Bu gün keçirilən Moldova ilə qarşılaşmada Qazaxıstanın 1:0 hesabı ilə qalib gəlməsi millimizə 7-ci yer şansı yaradıb. Belə ki. qazaxıstanlılar Təbriz Həsənovun yetirmələri kimi öz qrupunda 3-cü olub.

 

Yarışın bir az qeyri-adi görünən reqlamentinə əsasən qrup üçüncüsü olanlardan iki ən yaxşı nəticə göstərənləri 7-8-ci, digəri isə 9-10-cu yerlər uğrunda oynamalıdı. Düzdü, A qrupunda 3-cü yer sahibi hələ dəqiqləşməyib. Lakin Azərbaycan və Qazaxıstan artıq buna nail olub. Yığmamız ilk “dördlük” komandaları ilə oyunlardakı xal sayında üstün olduğundan 9-10-cu yer uğrunda oynamaqdan qurtulub.

 

Belə ki, millimiz 4 komandalı qrupda 4 xal yığıb. Qazaxıstan isə 5 komandalı qrupun 4 ən yaxşısı arasında matçlarda 3 xal əldə edib. İki komanda arasında daha yaxşı nəticə isə “üçlük”də ən pis olmaması üçün millimizə yetərlidi. Əgər Moldova Qazaxıstana qalib gəlsəydi, yığmamızla müqayisədə daha yaxşı nəticə göstərmiş olacaqdı.

 

Qeyd edək ki, 7-8-ci yerlər uğrunda oyun yanvarın 12-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR