İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək
18:48 9 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC 
Dördüncü Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşündən sonra İtaliyanın Prezidenti və xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 27-də Prezident Sergio Mattarella Mərkəzin üzvlərini qəbul edəcək. Görüşdə etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Görüşdən sonra İtaliya Prezidenti adından Mərkəzin üzvlərinə ziyafət veriləcəyi gözlənilir.
Yanvarın 28-də isə İtaliyanın xarici işlər naziri Paolo Gentiloni Mərkəzin üzvləri ilə görüşəcək. Görüşdə müzakirə olunacaq məsələlər arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq istiqamətləri, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıqlar, ölkələr arasındakı dostluq və tərəfdaşlıq münasibətləri kimi mövzular yer alacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiya_Prezidenti_Nizami_Gencevi_Beynelxalq_Merkezinin_uzvlerini_qebul_edecek-917246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR