Misir məhkəməsi Hüsnü Mübarək barəsində çıxarılan hökmü qüvvədə saxlayıb

Misir məhkəməsi Hüsnü Mübarək barəsində çıxarılan hökmü qüvvədə saxlayıb
18:58 9 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 9 yanvar, AZƏRTAC
Misirin Kassasiya Məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin, habelə onun iki oğlu - Camal və Əlinin korrupsiya işlərindən biri üzrə apelyasiya şikayətini rədd edib və onların üç il müddətinə azadlıqdan məhrum olunması və iri məbləğdə (125 milyon Misir funtundan çox) cərimə edilməsi barədə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb. Misir KİV-ləri xəbər verir ki, ölkənin sabiq lideri və onun oğulları 2002-ci ildən 2011-ci ilədək prezident saraylarının təmirinə ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Prokurorluğun məlumatına görə, ayrılmış dövlət vəsaiti Qahirədə, Aralıq dənizi sahilindəki Şərm-əl-Şeyx və Əl-Alameində şəxsi villa və ofislərin tikintisinə və tamamlama işlərinə xərclənib.
Asya Hacızadə
AZƏRTAC—ın xüsusi müxbiri
Qahirə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR