Sızanağın qarşısını alan qidalar

Sızanağın qarşısını alan qidalar
19:05 9 Yanvar 2016
179 Sosial
Ölkə mətbuatı
A- A+

Sızanaq problemi ilə daha çox yeniyetmələr üzləşır. Lakin bundan əziyyət çəkən yaşlı insanlar da az deyil.

Bu problem cansıxıcı bir hal alsa da, həlli, əslində, çətin deyil. Düzgün qidalanma ilə dərinizi sızanağın düşməni etmək mümkündür.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şokolad, dondurma, dondurulmuş hazır ət yeməkləri, qarğıdalı, kartof qızartması və çipsiləri həddindən artıq istifadə edilikdə dəridə sızanaqlar meydana gəlir. Qazlı içkilər sızanaq yaratmır.

Sızanaq çıxmasının qarşısını alan qidalar:

Ən əsası gündə ən az 10 stəkan su içmək lazımdır. Bundan əlavə cökə və razyana çayları sızanaqların meydana gəlməsinə mane olur. Meyvəli qatıq xüsusilə albalı və vişnəli yoqurtlar sızanaqların düşmənidir. Qabıqlı dəniz məhsulları, brokoli, enginar, brüssel kələmi və somonun da olduqca müsbət təsirləri olduğu müəyyən olunub.

Sızanaq çıxmaması üçün diqqət yetirməniz lazım olan 5 əhəmiyyətli şey:
 
Tərəvəz və meyvələri yumadan əsla qəbul etməyin.
Gündə ən az 3 dəfə üzünüzü ən az 15 saniyə davam edəcək şəkildə yuyun.
Stress dəridə yağlanılmağı artırır. Həmişə sakit olmağa çalışın.
İltihablı sızanaqları əsla sıxmayın.
Buz kublar vaxt tapdıqca üzünüzdə gəzdirin.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/396466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR