Əli Kərimlinin əmisi oğlu terrorçuluqda ittiham olundu

Əli Kərimlinin əmisi oğlu terrorçuluqda ittiham olundu
19:46 9 Yanvar 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumu olan İnqilab Kərimov barəsində cinayət işi başlanıb.

ANS PRESS-in məlumatına görə, bu Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidməti məlumatında bildirilir ki, Fransada məskunlaşmış Azərbaycan vətəndaşı Kərimov İnqlab Qüdrət oğlu "Facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində 7 yanvar 2016-cı il tarixdə paylaşdığı fotoşəkildə odlu silahı - tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Baş Prokurorluqda həmin faktlar üzrə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.



Hazırda cinayət işi üzrə Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd eilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilb.

Hazırda Fransada mühacir həyatı yaşayan İnqilab Kərimov barəsində cinayət işi açılmasına münasibət bildirb. O, “Azadlıq” qəzetinə açıqlamasında deyib ki, ona qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Onun sözlərinə görə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin “Avropadakı mühacirlərə qarşı sui-qəsd hazırlanması” haqda statusuna yazdığı şərh hökuməti qəzəbləndirib.


İnqilab Kərimov

Müxalif mövqeyinə və Əli Kərimlinin yaxın qohumu olduğuna görə Azərbaycan hakimiyyəti tərəfindən əvvəllər də təzyiqlərə məruz qaldığını deyən İnqilab Kərimov 2003-cü ildə xuliqanlıq ittihamı ilə həbs olunduğunu yada salıb. “Facebook” səhifəsindəki silah fotosuna gəlincə, bildirir ki, onu paylaşmaqda qətiyyən kimisə hədələmək niyyəti olmayıb: “O, sənədli, travmatik özünüqoruma silahıdır. Düz atmadığına görə onu söküb yudum, sonra hazır vəziyyətə gətirib stolun üstünə qoydum. Hətta şəkil çəkiləndə yadımda deyildi ki, silah stolun üstündədir".

Qeyd edək ki, İ.Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR