Bakı sakini imkansızlıqdan özünü öldürdü

Bakı sakini imkansızlıqdan özünü öldürdü
20:06 9 Yanvar 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Bakının Müşfiqabad qəsəbəsində intihar hadisəsi baş verib.

ANS PRESS-ə verilən məlumata görə, 30 yaşlı şəxs qəsəbə ərazisində yerləşən kanalizasiya sularından yığılmış gölməçədə intihar edib. Adının Anar olduğu bildirilən şəxs maşını ilə birgə gölməçəyə girib. Onun avtomobili tapılsa da, özünün axtarışları davam edir.

Hadisə günorta saat 3 radələrində baş verib. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisə yerinə gələn Anarın qohumları onun bu addımı imkansızlıqdan atdığını bildirib. Deyilənlərə görə, Anarın həyat yoldaşı xəstə olub və onun müalicəsinə pul tapa bilməyən gənc intihara yol tutub.

İlkin ehtimal kimi Anarın müəyyən miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir. Faktla bağlı hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.


Müşfiqabad qəsəbəsi

Anoloji hadisə bir müddət əvvəl də Ağdaş rayonunda baş verib. Rayonun Aşağı Qəsil kənd sakini 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarov gecə saatlarında özünü yaşadığı evin meyvə bağındakı ağacdan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edib. 58 yaşlı kişinin intihar etməsinə səbəb banklara külli miqdarda borcu olması göstərilirdi.

Ötən ilin noyabr ayında metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında 3 uşaq atası üzərinə benzin törərək özünü yandırıb. 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun anası isə ANS PRESS-ə açıqlamasında oğlunun banka olan borcunu ödəyə bilmədiyi üçün belə addım atdığını deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR