Yaponiyanın cənubunda 5,5 bal gücündə zəlzələ olub

Yaponiyanın cənubunda 5,5 bal gücündə zəlzələ olub
20:33 9 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Yaponiyanın Kaqoşima prefekturasının cənub-qərb sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edilməyib.
Zəlzələnin episentri Amami adasının yaxınlığında, ocağı isə okeanın 30 kilometr dərinliyində yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_cenubunda_55_bal_gucunde_zelzele_olub-917275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR