Polis Bakı küçələrini nəzarətə götürdü (VİDEO)

Polis Bakı küçələrini nəzarətə götürdü (VİDEO)
17:01 30 Dekabr 2014
85 Sosial
Ölkə mətbuatı
A- A+

Bayram günlərində paytaxta yük maşınlarının girişi qadağan edildi. Buna məhəl qoymayanlar isə məsuliyyətə cəlb olunacaq. Bəs bu qaydanı pozanları hansı cəza gözləyir? Bu suallara ANS TV aydınlıq gətirib.

Üzümüzə gələn bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq. Bayram tədbirlərinin keçirildiyi ərazilər, küçə və yollar yol polisi tərəfindən nəzarətə götürüləcək.

Bayram günlərində paytaxta daxil olan yük avtomobillərinin sürücüləri isə məsuliyyətə cəlb ediləcəklər. Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirib. Onun sözlərinə görə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə 31 dekabr 2014-cü il - 4 yanvar 2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq, yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib. Müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Sonda Vaqif Əsədov sürücülərə şəhər daxilində xüsusilə bayram tədbirləri keçirilən ərazilərdə sıxlığın və tıxacları müşahidə edilməməsi üçün ictimai nəqliyyatdan istifadə etməyi tövsiyyə edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=317141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR