Mercedes yeni E-Class-ı təqdim etdi - FOTO

Mercedes yeni E-Class-ı təqdim etdi - FOTO
21:57 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İnternetdə seriyalı "Mercedes-Benz E-Class"-ın (W213) ilk şəkilləri peyda olub. Şəkillər Detroytda keçiriləcək motor-şouda avtomobilin rəsmi təqdimatından bir həftə əvvəl "WorldCarFans" portalı tərəfindən yayılıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil yeni "MRA" platformasında yığılıb. Bunun sayəsində yenilik daha böyük, lakin sələfindən yüngül alınıb. Avtomobili fərqli radiator barmaqlığı, böyük hava çıxıntıları və dəyişilmiş diodlu optika ilə təchiz ediblər. Sedanın uzunluğu 4922 mm-dir. İlkin məlumatlara görə, baqajın ümumi tutumu 695 litri ötməyəcək. Avtomobil böyük şüşə ətraf, daha səlis ban alıb - aerodinamik hava müqaviməti əmsalı 0,23-dür.

Avtomobilin cihazlar panelini 12,3-düymlük displey əvəz edib və onu multimediya sisteminin ekranı ilə birləşdiriblər. Mərkəzi konsolun yuxarı hissəsi "Mercedes S-Class"-da olduğu kimidir: burada klimat sisteminin uyğun deflektorları və "Comand" multimediya sistemi var. Mərkəzdə klimat sistemin idarəetmə elementləri və saat yerləşdirilib. Cihazlar panelinin sol tərəfində elektron əyləclərin idarəetmə düymələri və elektron köməkçilər var. Mərkəzi konsolun aşağı hissəsi "Mercedes C-Class"-dan götürülüb.

Sedanı, həmçinin flaqman "S-Class"-da olan yeni opsiyalarla təchiz ediblər. Yenilik yarıavtonom idarəetmə sistemi alıb. Ona onlarla sensorlar daxildir ki, bu elementlər avtomobilin ətrafında baş verənlərə nəzarət edir. Elektronika avtomobili 200 km/saat sürətdə özü idarə edə bilir. Bunun üçün avtopilot göstəricisinin olması vacib deyil - "E-Class" özü yola uyğunlaşır, lakin 130 km/saat sürətə qədər. Elektronika digər hərəkətdə olanları, göstəriciləri, piyadaları tanıyır.

"Mercedes" bu texnologiyanı "sürücüyə yardım edən yarıavtomat sistem" adlandırır, lakin vurğulayır ki, sürücü istənilən halda əllərini sükanda saxlamalıdır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR