Uşaqla oynayan prezident qabırğasını sındırdı (FOTO)

Uşaqla oynayan prezident qabırğasını sındırdı (FOTO)
22:01 9 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Argentina prezidenti Maurisio Makri uşaqla oynayan zaman qabırğasını sındırıb.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı dörd yaşlı qızı ilə evində oynayan zaman yıxılıb.

Prezident dəftərxanası dövlət başçısının bu səbəbdən bir neçə gün işdən uzaq qalacağı qeyd olunub. Hazırda 56 yaşlı prezident şəhərkənarı evində dincəlir. Keçən il noyabr ayında Argentinada keçirilən prezident seçkisində müxalifət lideri, "Respublikanın təklifi" partiyasının namizədi Maurisio Makri əsas rəqibi sosialistlərin namizədi, hakim "Qələbə Cəbhəsi" Alyansının təmsilçisi Daniel Sçiolini qabaqlamaqla analitikləri təəccübləndirmişdi. Bununla Makri onların 12 illik hakimiyyətinə son qoydu.

Qeyd edək ki, prezident Fernandes de Kirşner (2007-2015) və əri Nestora Kirşner (2003 -2007) 12 il Argentinanı idarə edib.


Maurisio Makri - Argentina prezidenti

Onun cazibədar sələfi, iki müddət dalbadal dövlət başçısı postunu tutmuş Kristina Fernandes de Kirşner inaqurasiya mərasimini boykot etmişdi. 90-cı illərin əvvəllərində Makri oğurlanaraq 12 gün ərzində korupsioner polislərin girovu olub. Onun qaytarılmağı müqabilində böyük ödəmə tələb olunub. Daha sonra Makri ölkə nəhəngi "Boka Xuniors" futbol klubunun prezidenti olub. Bu postda müvəffəqiyyətli irəlilədikdən sonra o, siyasətə gəlib.


Argentina ərazisi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR