"O, mənim gördüyüm ən yaxşı məşqçidir"

"O, mənim gördüyüm ən yaxşı məşqçidir"
22:11 9 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

“Bavariya” klubunun yarmmüdafiəçisi Xabi Alonso Xosep Qvardiolanın komandanın baş məşqçiliyindən getməsinə münasibət bildirib.

“Mən artıq komanda yoldaşlarıma demişəm Ançelotti necə məşqçidir. Karlo dahi məşqçidir. O, Çempionlar liqasında “Milan” və “Real Madrid” klubları ilə möhtəşəm uğura imza atıb. Biz hamımız istədik ki, Qvardiola komandada qalsın. Pep mənim çalışdığım məşqçilərin arasından ən yaxşısıdr”,- deyə Xabi Alonso bildirib.


Karlo Ançelotti - məşqçi

Bir müddət öncə "Sky Sport Germany" Qvardiolanın yayda komandadan ayrılmasını artıq dəqiqləşdirib. Onu Karlo Ançelotti əvəz edəcək.

Xabi Alonso bu mövsum 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Dünya və Avropa çempionu əvvəl “Liverpul” və “Real Madrid” klubunda oynayıb. O, 2014-ci ildə “Bavariya” klubuna transfer olunub.


Almaniya çempionatının turnir cədvəli

“Bavariya” Almaniya çempionatında 17 oyundan sonra 46 xalla liderdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR