Sumqayıtda "Niva" gölə düşüb, sürücüsü ölüb

Sumqayıtda "Niva" gölə düşüb, sürücüsü ölüb
22:28 9 Yanvar 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sumqayıtda "Niva" markalı avtomobil gölə düşüb, avtomobilin sürücüsü dünyasını dəyişib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə “Niva” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR