Cənubi Osetiyanın prokuroru vuruldu

Cənubi Osetiyanın prokuroru vuruldu
23:37 9 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Osetiyada respublikanın "baş prokuroru" Merab Çiqoyev həlak olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu axşam onun gətirildiyi respublika xəstəxanasının reanimasiya şöbəsindən belə məlumat verilib.

"Merab Çiqoyev Sovetski küçəsi və Alan Caqoyev prospekti kəsişməsində dayanmış avtomobilinə yaxınlaşanda yaxınlıqdan keçən maşın onu vurub",- deyə agentliyə hadisənin şahidləri bildiriblər.

DİN-nin növbətçi hissəsindən "Cənubi Osetiya Sputnik"-ə verilən xəbərə görə, Cənubi Osetiya hüquq-mühafizə orqanları tərəfindən respublikanın "baş prokuroru" Merab Çiqoyevi maşınla vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Soslan Tedeyev hadisə yerindən qaçmağa cəhd etməyib və hadisəni törətməkdə etirafedici ifadələr verib. O, sonrakı ifadələr vermək üçün Daxili İşlər Nazirliyindədir"- DİN əməkdaşı bildirmişdir.   
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR