Koreya ballistik raketin görüntüsünü yaydı - VİDEO

Koreya ballistik raketin görüntüsünü yaydı - VİDEO
23:47 9 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya yanvarın 8-də sualtı qayıqdan ballistik raketin ehtimal olunan yeni sınaq buraxılışının videoçəkilişini yayıb.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, "France-Presse" videoyazıda tarix göstərilmədiyini bildirib. Sadəcə, Şimali Koreyanın lideri Kim Çong Un-un əksi görünür. O, hərbi gəminin göyərtəsindən raketin buraxılmasını izləyir. Liderin əynində qalın palto və papaq var.
Üç gün əvvəl ŞKXDR hidrogen bombasını uğurla sınaqdan çıxardığını bəyan etmişdi. Bu məlumatı müstəqil mənbələrdən təsdiqlətmək mümkün olmayıb.
Bununla belə, bir sıra dövlətlər, o cümlədən Yaponiya və Cənubi Koreya Şimali Koreyanın bu hərəkətini kəskin tənqid ediblər. Bunu milli təhlükəsizliyə təhdid kimi dəyərləndiriblər. BMT Təhlükəsizlik Şurası isə Pxenyana qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan qətnamə hazırlamaq niyyətini bəyan edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR