"İnter"in futbolçusu rəsmən Honkonq klubunda

"İnter"in futbolçusu rəsmən Honkonq klubunda
00:07 10 Yanvar 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı “İnter”inin bombardiri Dieqo Martins özünə yeni komanda tapıb.

Fanat.az xəbər verir ki, futbolçu Honkonqun "Peqasus" klubunda çıxış edəcək. Cari mövsümün əvvəlini “İnter”də keçirən futbolçu yeni klubu ilə birillik müqavilə imzalayıb.

O, artıq yeni klubunda debüt edib. "Kitçi" ilə oyunun start heyətində meydana çıxan futbolçu 90 dəqiqə oynayıb və 79-cu dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, Martins “İnter”ə 2015-ci ildə gəlmişdi və cari mövsümdə komandanın ən məhsuldar futbolçusu olmuşdu. O, 18 rəsmi oyunda 6 dəfə fərqlənib.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-futbolcusu-rsmn-honkonq-klubunda-t46681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR