Rusiyalı azərkeş Türkiyə komandası ilə oyunda öldü

Rusiyalı azərkeş Türkiyə komandası ilə oyunda öldü
00:12 10 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Basketbol üzrə Avropa Liqasının Rusiyanın “Lokomotiv-Kuban” və Türkiyənin “Anadolu Efes” (78:77) arasında keçirilən oyun zamanı rusiyalı azərkeş infarkt keçirərək ölüb.

“Matçın sonlarında 60 yaşlı azərkeşin vəziyyəti pisləşib. O ürəyində ağrılar hiss edib. Oyun zamanı növbə aparan iki təcili tibbi yardım xidməti onun həyatını xilas etməyə çalışıb. Lakin azərkeşi heç təcili tibbi yardım maşınına qədər gətirmək mümkün olmayıb. O vəfat edib. Klub bütün lazım olan proseduru yerinə yetirdi, lakin faciədən qaçmaq mümkün olmadı” deyə “Lokomotiv-Kuban” klubunun bəyanatında bildirilir. 

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR