Almaniyanı iğtişaşlar bürüməyə başlayıb

Almaniyanı iğtişaşlar bürüməyə başlayıb
02:49 10 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Keln şəhərində polis kansler Angela Merkelin istefasını tələb edən PEQİDA antiislam hərəkatının aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, futbol fanatlarının da qatıldığı aksiya iştirakçıları miqrantlara dəstək aksiyasının iştirakçılarına və polis əməkdaşlarına şüşə qabları və fişənglər atıb. Buna cavab olaraq polis su şırnaqlarından istifadə edib.  Toqquşmalar zamanı iki polis və bir jurnalist xəsarət alıb.   

 

Qeyd edək ki, Kelnin mərkəzində qadınların Yeni il gecəsi miqrantlar tərəfindən zorakılığa  məruz qalmasına qarşı,  eyni zamanda irqçiliyə qarşı və miqrantlara dəstək aksiyaları təşkil olunub.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR