Bakıda olan seksual rus gözəlinin "Dubay əməliyyatı" (FOTO)

Bakıda olan seksual rus gözəlinin "Dubay əməliyyatı" (FOTO)
04:36 10 Yanvar 2016
1293 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən gözəl qadınlarından biri olan “Miss Rusiya”nın qalibi Viktoriya Lopıreva yeni il tətillərini Dubayda keçirib.

ANS PRESS-in məlumatına görə, gözəllik-eksperti olan Viktoriya özünün "İnstagram" hesabında pərəstişkarlarını gözəl məzuniyyət kadrlarıyla sevindirib.

Rusiyanın ən zəngin kişilərinin sevimlisi Viktoriya Dubayda həmçinin qeyri-adi fotosessiyaya çəkilib. Rus gözəlçə göydələnin damında, şəhərin əsas görməli yerlərinin fonunda pozalar verib. “Miss Rusiya”qalibi axşam donunda və dik ayaqqabılarla binanın ən üst noqtəsində rəqs edərək oynayıb. Lopırevanın arxasında dünyanın ən yüksək binası sayılan “Burc-Xəlifə” görünür.



Səyahət xəstəsi olan Viktoriyanın Dubaya keçmiş əri futbol üzrə Rusiya millisinin üzvü olan Fedor Smolov tərəfindən dəvət edildiyi bildirilir. Viktoriya əvvəllər Rusiyanın ən zəngin kişiləri ilə görüşüb.



Üç il əvvəl rusiyalı gözəl Bakıya da səfər edib. Viktoriya Azərbaycana səfəri haqda “Twitter” hesabında yazıb: “Azərbaycan hava yollarına təşəkkürlər! Yeni təyyarə və super xidmət! Bakı gözəldir”.



Viktoriya Xəzər dənizinin sahilində yerləşən otellərdən birində qalıb və Azərbaycandan böyük zövq aldığını yazıb.


Dubay xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR