Tehran qubernatorunun müavini işdən qovuldu - Səudiyyə səfirliyinə hücumla əlaqədar

Tehran qubernatorunun müavini işdən qovuldu - Səudiyyə səfirliyinə hücumla əlaqədar
07:14 10 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumla əlaqədar Tehranın general-qubernatorunun müavini vəzifəsindən azad edilib, İran Daxili İşlər Nazirliyi krallığın Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücumları pisləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,   İran DİN-nin nümayəndəsi Hüseyn Əli Əmiri bildirib ki,  Tehranın general-qubernatorunun müavini Səfər Əli Baratlı səlahiyyətlərini vaxtında icra etmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib.   

 

Hüseyn Əli Əmiri, həmçinin, bu cür hadisələrin baş verməməsi üçün digər müvafiq qurumların da lazımi tədbir görməli olduqlarını bildirib.  

 

Əli Əmiri hücumlarla əlaqədar 60-dək şəxsin şübhəli şəxs qismində saxlanıldığını və istintaqın başlandığını bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR