ExpressPay terminalları “Hökumət Ödəniş Portalı”na qoşulub

ExpressPay terminalları “Hökumət Ödəniş Portalı”na qoşulub
08:03 10 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
“Expressbank”ın ExpressPay ödəniş terminalları müştərilərin rahatlığı məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan “Hökumət Ödəniş Portalı”na qoşulub.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, artıq müştərilər Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.
Ödənişlərin aparılması zamanı qəpik qalıqların yaranması ehtimalı var. Bunu nəzərə alaraq, qəpiklə qalıq yarandığı halda istifadəçilərə bu məbləği Azercell, Bakcell və ya NarMobile nömrələrinə yönləndirmək təklif olunur. İmtina zamanı isə istifadəçilərə xüsusi şifrə ilə qalıq kartı çap edilir. Qalıq kartı vasitəsilə istənilən vaxt mobil operatorlarının nömrələrinə ödəniş etmək mümkündür.
ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ExpressPay_terminallari_Hokumet_Odenis_Portalina_qosulub-917294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR