Lənkəranlı taekvandoçular 2016-cı ilin ilk həftəsində dörd medal qazanıblar

Lənkəranlı taekvandoçular 2016-cı ilin ilk həftəsində dörd medal qazanıblar
08:08 10 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 10 yanvar, Bağır Əliyev, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Filialının gənclərdən və böyüklərdən ibarət taekvandoçuları 2016-cı ilin ilk həftəsində respublika birinciliyi və çempionatında 4 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 1999-2001-ci il təvəllüdü idmançılar arasında keçirilən yarışda respublikanın müxtəlif şəhər və rayonlarından taekvondoçular qələbə uğrunda mübarizə aparıblar.
Lənkərandan isə dörd oğlan və bir qız idmançı tatami üzərinə çıxıb. Bu yaş qrupunda mübarizə gərgin keçib və yekunda 51 kiloqram çəki dərəcəsində Fərid Sultan, 55 kiloqram çəki dərəcəsində isə Kənan Fərzullayev yalnız finalda uduzmaqla ikinci yeri tutublar.
Qızlar arasında keçirilən yarışda isə lənkəranlı Kübra Əmirzadə 55 kiloqram çəki dərəcəsində yarışı üçüncü pillədə başa vurub.
Respublika birinciliyinin ardınca isə lənkəranlı taekvandoçular böyüklər arasında respublika çempionatında güclərini sınayıblar.
Bu yarışlarda da Lənkəran komandası biri qız olmaqla ümumilikdə 5 idmançı ilə təmsil olunub.
Yarışda komanda bir medal əldə edib ki, bu da 87 kiloqram çəki dərəcəsində Ramin Əzizovun aktivinə yazılıb.
Dəfələrlə respublika çempionu, Avropa və Dünya çempionatlarının mükafatçısı, 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olan Ramin Əzizov yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, hər iki yarışda fərqlənənələr milli komandanın tərkibinə vəsiqə qazanıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_taekvandochular_2016_ci_ilin_ilk_heftesinde_dord_medal_qazaniblar-917296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR