Baş nazir Viktor Orban Bolqarıstanın Şengen zonasına daxil olmasını vacib hesab edir

Baş nazir Viktor Orban Bolqarıstanın Şengen zonasına daxil olmasını vacib hesab edir
08:08 10 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Sofiya, 10 yanvar, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban ölkə ictimai radiosuna verdiyi müsahibədə qaçqınlar axınının qarşısını almaq üçün yeni təkliflər irəli sürüb. Baş nazirin fikrincə, Türkiyə ilə imzalanmış saziş bu axının qarşısını tam almayacaq. O, yalnız Yunanıstanın şimal sərhədində mühafizə zolağının inşa edilməsi, Bolqarıstanın Şengen zonasına daxil olması, Makedoniyaya isə maliyyə yardımının artırılması ilə bu axını dayandırmağın mümkün olduğunu vurğulayıb. Macarıstan Avropa İttifaqında qaçqınlar axınının qarşısını almaq üçün ölkənin cənubunda sədd tikən ilk dövlətdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_nazir_Viktor_Orban_Bolqaristanin_Sengen_zonasina_daxil_olmasini_vacib_hesab_edir-917295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR