​Səudiyyə Ərəbistanı İranı yeni tədbirlərlə hədələyib

​Səudiyyə Ərəbistanı İranı yeni tədbirlərlə hədələyib
09:37 10 Yanvar 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İranı yeni tədbirlər görəcəyi ilə təhdid edib.
"Report" "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bunu Səudiyyənin xarici işlər naziri Adil Cubeyr Fars körfəzi ölkələri Əməkdaşlıq Şurasının XİN rəhbərlərinin fövqəladə görüşü zamanı bildirib.
"Əgər o (İran) bu siyasətini davam etdirərsə, biz əlavə tədbirlər mümkünlüyünü nəzərdən keçirəcəyik", - deyə Cubeyr qeyd edib.
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.
Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR