Hicablı qadını Donald Trumpa görə qovdular

Hicablı qadını Donald Trumpa görə qovdular
11:41 10 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd Donald Trampın bu dəfəki çıxışı da səs- küy doğurub. Cənubi Karolina ştatının Rok-Hill şəhərində təşkil olunan seçkiqabağı mitinqindən hicablı qadın qovulub.

ANS PRESS-in verdiyi məlumata görə , Donald Trampın çıxışı zamanı üzərindəki geyimdə “Mən sülhlə gəlmişəm” yazısı olan 56 yaşlı hicablı qadın ona etiraz edib.Etiraza səbəb isə Trampın suriyalı qaçqınlar barəsində səsləndirdiyi kəskin ifadələr olub.


Mitinqdən qovulan hicablı qadın


Qadın etirazını səssiz şəkildə etsə də mitinq iştirakçıları onu fitə basıb.Nəticədə fitə basılan qadın polis tərəfindən ərazidən uzaqlaşdırılıb. Ümumiyyətlə tez tez qalmaqallı çıxışları ilə gündəmə gələn Tramp müsəlmanlara olan antipatiyasını açıq aşkar biruzə verir.

Prezidentliyə namizəd bir müddət əvvəl Somalidə qiyamçı Əl-Şəbabın yaydığı videodan sonra yenidən müsəlmanların ABŞ-a daxil olmasına qarşı çıxış edib. O qeyd edib ki, bu mövqeyinə görə, insanlar hətta ona minnətdarlıq edirlər. Sözsüz ki,Trampın müsəlmanlarla bağlı bu çıxışı İslam ölkələri tərəfindən kəskin etirazlara səbəb olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR