"Alveş bəyənmədiyimiz sözlərdən istifadə edib"

"Alveş bəyənmədiyimiz sözlərdən istifadə edib"
12:17 10 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona"nın prezidenti Xosep Bartomeu Daniel Alveşin İspaniyanın idman mətbuatı barədə söylədiyi fikirlərə münasibət bildirib. Goal.az xəbər verir ki, Bartomeu klubun mövqeyini bir daha dilə gətirib.

"Futbolçu fikrini ifadə etməsində tam azaddır. O cümlədən sosial şəbəkədə də. Amma Alveş bir qrup insana müraciətdə bəyənmədiyimiz sözlərdən istifadə edib".

Qeyd edək ki, Alveşin mediaya qarşı təhqiredici sözlərindən sonra İspaniya idman mətbuatı Assosasiyası məhkəməyə müraciət edib. "Barcelona" braziliyalı müdafiəçiyə hüquqi məsələdə yardım göstərməyi öhdəsinə götürüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR