Azərbaycan, Belarus və Ukraynanın opera ustaları eyni səhnədə

Azərbaycan, Belarus və Ukraynanın opera ustaları eyni səhnədə
12:31 10 Yanvar 2016
14 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşanın özəlliyi onun Azərbaycan, Ukrayna və Belarus opera sənətçilərinin birgə ifasında təqdim edilməsidir. Belə ki, Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marselin partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolfun partiyasını isə digər belaruslu vokalçı Eduard Martınyuk ifa edəcəklər.

Tamaşada, həmçinin Azərbaycanın Xalq Artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) rol alacaqlar.

Səhnə əsərinin dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR