"Cırtdan" dünyanın ən güclü mühafizə olunan zindanından necə qaçdı?

"Cırtdan" dünyanın ən güclü mühafizə olunan zindanından necə qaçdı?
12:47 10 Yanvar 2016
104 Digər
Ölkə mətbuatı
A- A+

"Cırtdan" ləqəbli narkobaron Hoakin Qusman Loeran "Altiplano" həbsxanasından Almaniyada xüsusi hazırlıq keçmiş mühəndislərin köməyi ilə qaçıb.

Oxu.az-ın xəbərinə görə, bu barədə narkobaron Rolling Stone nəşrinə müsahibəsində deyib.

2014-cü ildə cinayətkarın qaçdığı 1,5 kilomterlik tuneli tikən mühəndislər Qusman kartelinin xüsusi nəzarəti altında Almaniyada qrunt sularının aşağı səviyyədə olan yerlərdə yeraltı işlərin aparılması üzrə 3 aylıq təlim keçiblər.

Reuters-in mənbələri qeyd ediblər ki, Meksika hökuməti əvvəlcədən müsahibə barədə bilirdi və narkobaronu izləyirdi.

Xatırladaq ki, hüquq-mühafizə orqanlarından yarım il müddətində gizlənən Qusman yanvarın 8-də saxlanılıb. Atışma zamanı onun 5 adamı öldürülüb, daha 6-sı isə həbs edilib. Bir polis əməkdaşı yaralanıb. Qeyd olunur ki, Quamuçil şəhərində həmçinin "Sinaloa"da ikinci adam sayılan İvan Qastulum Kruz da saxlanılıb.

Hoakin Qusman Meksikada narkotik maddələrin dövriyyəsi ilə məşğul olan ən iri təşkilat "Sinaloa"nın lideridir. Bu təşkialt Cənubi Amerikadan ABŞ-a gedən narkotiklərin 1/3-nə nəzarət edir. 

Qusmanın mirası 1 milyard dollar məbləğində qiymətləndirilir. 

Forbes nəşrinin reytinqinə əsasən, narkobaron dünyanın ən nüfuzlu insanları sırasında 67-ci yerdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR