"Qalatasaray" norveçli futbolçu transfer etdi

"Qalatasaray" norveçli futbolçu transfer etdi
13:07 10 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" qış fasiləsində ikinci transferini reallaşdırıb. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi norveçli Martin Linneslə anlaşıb.


Həm 24 yaşlı futbolçunun özü, həm də klubu "Molde" ilə bütün məsələlər razılaşdırılıb. "Qalatasaray" bu transfer üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Martin Linnes yeni həftənin ilk günlərində İstanbula gələrək rəsmi müqaviləni imzalayacaq.


Qeyd edək ki, Martin Linnes karyerasına 2010-cu ildə "Kongsvinger"də başlayıb və 2012-ci ildə "Molde"yə transfer olunub. 2013-cü ildən Norveçin əsas yığmasına çağırılan sağ cinah müdafiəçisi 10 oyunda milli formanı geyinib. 


Onu da qeyd edək ki, "Qalatasaray" bundan əvvəl holland Rayan Donku heyətinə qatmışdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-norvecli-futbolcu-transfer-etdi-t46687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR