Türkiyəli şoumen Cem Yılmaz sevgilisi olduğu deyilən Dilara Göndərlə fotokameralara tuş gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yumor ustası Göndərlə birlikdə "Alevli günler" adlı tamaşanı izləyib. Teatrdan çıxarkən Cem əvvəlcə jurnalistlərin suallarını cavablandırmağa razılıq verib.
"Dilara xanım da yanınıza gəlsin" sözlərindən sonra Yılmaz müsahibədən imtina edib.
"Sizin niyyətiniz bəlli oldu. Gəl canım, biz burdan gedək" deyərək, yumorist Dilaranın qolundan tutaraq, avtomobilinə minib.