Misirin yeni parlamentinin ilk iclası başlayıb

Misirin yeni parlamentinin ilk iclası başlayıb
14:08 10 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
Misirin yeni seçilmiş parlamenti yanvarın 10-da ilk iclasına toplaşıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sessiya ölkə parlamentinə seçilmiş 596 deputatın andiçmə mərasimi ilə başlayıb. Bu, Misir parlamentarizmi tarixində say etibarilə ən böyük rəqəmdir. Əgər hər deputata 25 dəqiqə vaxt ayrılsa, mərasim ümumilikdə dörd saatdan çox çəkəcək.
İclas nəzərdə tutulan vaxtdan yarım saat gec başlayıb. Belə ki, deputatlar təhlükəsizlik yoxlamasından vaxtında keçə bilməyiblər. Qahirənin mərkəzində yerləşən parlament binası önündə uzun növbə yaranıb.
Deputatlar gün ərzində spikeri və onun müavinlərini seçməlidirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR