Prezident İlham Əliyev: "Sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir"

Prezident İlham Əliyev: "Sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir"
14:29 10 Yanvar 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ölkəmiz bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq”

“2015-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşib, qanlı toqquşmalar davam edib”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısı bildirib ki, Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın və köçkün vəziyyətinə düşüb: “Vaxtilə ölkəmiz də bu problemlərlə üzləşib, lakin daxili resurslar hesabına vəziyyətdən çıxıb, qaçqınların həyatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb. Hazırda qaçqınların üz tutduğu Avropada radikal meyllər, islamafobiya meyllərinin güclənməsi müşahidə olunur. Dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir. Ölkəmiz bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR