İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı 2016-ci il iqtisadi sahədə əsas proritet olacaq

İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı 2016-ci il iqtisadi sahədə əsas proritet olacaq
15:13 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Neftin qiymətinin azalmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı artıb, qeyri-neft sektoru inkişaf edib”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, bu, aparılan islahatların nəticəsidir: “Hesab edirəm ki, qeyri-neft sənayesinin 8.4 faiz artması əsas göstəricimizdir. Keçən il ölkə iqtisadiyyatına 7 milyarad dollara yaxın sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir”.

İlham Əliyev deyib ki, 2015-ci ildə dünyada bütün siyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük naliyyətdir.

Dövlət başçısı vurğulayıb ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-ci il iqtisadi sahədə əsas proritet olacaq: “Əminəm ki, bu il ərzində bu istiqamətdə biz daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətcə ümumdaxili məhsulumuz müsbətə doğru dəyişir”.

İlham Əliyev bildirib ki, Azərbaycan neftdən asılılığı minimuma endirməlidir: “Biz bu asılılığı minimuma endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət nəticəsində, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq eyni zamanda son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunub. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2478602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR