PowerBall lotereyasının cekpotu milyard dollara yaxınlaşıb

15:43 10 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
Ötən şənbə günü ABŞ-ın PowerBall lotereyasının məbləği 900 milyon dolları ötən cekpotunu udmaq heç kəsə müyəssər olmayıb. Beləliklə, ölkə tarixində ilk dəfə olaraq lotereyanın cekpotu 950 milyon dollara çatıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, qiyməti 2 dollar olan lotereya bileti Birləşmiş Ştatların bütün ərazisində satılır. Mümkün uduş məbləği artdıqca, bilet üçün növbələr də buna mütənasib olaraq artır.
Hesablamalara görə, PowerBall lotereyasında uduşa düşən bütün altı nömrəni ardıcıllıqla düzgün tapmaq ehtimalı 292 milyonda birdir. Bu isə o deməkdir ki, orta amerikalının ABŞ prezidenti olmaq şansı PowerBall-ın cekpotunu udmaqdan 25 dəfə çoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/PowerBall_lotereyasinin_cekpotu_milyard_dollara_yaxinlasib-917326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR