​"Qəbələ" klubu "Kəpəz"in futbolçusunu transfer edib

​"Qəbələ" klubu "Kəpəz"in futbolçusunu transfer edib
16:47 10 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ "Qəbələ" klubu "Kəpəz"in futbolçusu Rəşad Eyyubovu transfer edib.
Bu barədə "Report"a Gəncə komandasının baş məşqçisi Şahin Diniyev məlumat verib.
Onun sözlərinə görə, mövsümün sonunadək olan müqavilə 23 yaşlı yarımmüdafiəçinin xahişi ilə pozulub.
Diniyev Eyyubovun bu gündən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ"nin düşərgəsində olduğunu bildirib. Baş məşqçi "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovla rusiyalı hücumçu Vladimir Korobkanın "Kəpəz"də olduğuna dair xəbərləri isə təkzib edib.
Qeyd edək ki, Rəşad Eyyubov karyerası ərzində "Simurq" və "Xəzər Lənkəran"ın da formasını geyinib. O, Azərbaycana gələnədək Ukraynada "Çernomorets" (Odessa) və "Metallurq" (Donetsk) komandalarında çıxış edib.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-klubu-kepez-in-futbolcusunu-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR