Kosovada nazirlər kabinetinin binası yandırıldı

Kosovada nazirlər kabinetinin  binası yandırıldı
16:56 10 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Kosovada Nazirlər Kabinetinin binası yandırılıb.

ANS PRESS-in Türkiyə mətbautına istinadən verdiyi məlumata görə, müxalifət partiyalarının nümayəndələri paytaxt Priştinada hökümət əleyhinə etiraz aksiyası təşkil ediblər.

100 min insanın qatıldığı aksiyanın başa çatmasından sonra müxalif partiyaların nümayəndələri baş nazirin işlədiyi binaya molotov kokteyli atıblar. Nəticədə bina yanmağa başlayıb. Alov bürüyən binanı yanğınsöndürənlər söndürüblər.

Elə bu vaxt aksiya iştirakçilarına qarşı gözyaşardıcı qaz istifadə edən Kosova polisi ilə muxaliflər arasından qarşıdurma yaranıb. Aksiya iştirakçıları zirehli polis maşınlarına da molotov kokteyli atıblar. Aksiyanın həcmi getdikcə böyüyüb və bütün paytaxt Priştinanı əhatə edib. İnsidenti işıqlandıran jurnalistlər isə teatr binasına sığınmağa məcbur qalıblar.

Hadisədən sonra Kosova Daxili İşlər Nazirliyi insident zamanı 19 polis ve 39 etirazçının yaralandığını, 41 nəfərin həbs edildiyini bildirib.


Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.



Ümumiyyətlə Kosovada müxalifətlə iqtidar tərəfdarları arasında tez-tez qarşıdurmalar yaşanır. Bu özünü parlamentin iclaslarında da göstərib. Sonuncu belə hadisələr ötən ilin oktyabr ayında qeydə alınıb. Kosova parlamentinin iclası başlamazdan əvvəl parlament binası qarşısında müxalif yönümlü vətəndaşlarla polis arasında qarşıdurma yaşanıb. Polisin müxalifətçiləri ərazidən uzaqlaşdırmaq istəyi qarşıdurmaya səbəb olub.

Binadan uzaqlaşmaq istəməyən şəxslər polisə daşlarla hücum ediblər. Hətta bəzi məlumatlara görə, onlar polisə molotov kokteyli də atıblar. Polis isə etirazçıları gözyaşardıcı qazdan istifadə etməklə ərazidən uzaqlaşdıra bilib.

Bundan sonra müxalif millət vəkillərinin kürsüyə irəliləmək istəyi əngəlləndiyi üçün deputatlar salona qaz atıblar. Hətta ortalıq o qədər qarışıb ki, millət vəkillərindən bir neçəsi bir-birinə su şüşələri də atıblar. Qarşıdurmaları sakitləşdirmək üçün iclası başlayan parlament sədri də etirazla qarşılanıb.


Kosova parlamentində yaranan insident

Müxalif deputatlar yenidən qazdan istifadə ediblər. Bunu görən iqtidaryönlü millət vəkilləri salonu tərk edərək başqa bir zala keçərək iclası davam etdiriblər. Onlar iclas zamanı bütün qanun layihələrini müxalifət olmadan qəbul ediblər. Qəribəsi isə odur ki, müxalif deputatlar iclas bitdikdən sonra qanunların qəbul edildiyindən xəbərdar ediliblər.

Müxalifətdən olan millət vəkillərinin parlamentdə belə bir yola əl atmasına səbəb Avropa Birliyinin Kosovanın Serbiya ilə vəziyyətlərinin normalaşması üçün vasitəçilik etməsinə qarşı çıxmalarıdır.


Paytaxt Priştinanın xəritəsi

Oktyabr ayının 8-də də Kosova parlamentində qalmaqal yaşanıb. İclas zamanı müxalifətdən olan deputatlar parlamentin qərarlarını baykot etmək məqsədi ilə əvvəlcə fitlərdən istifadə ediblər.Fasilədən sonra parlament rəhbəri 30 nəfər müxalifət deputatının yerdə qalan 90 nəfərin haqqına təcavüz etdiyini və buna icazə verilməyəcəyini deyib.

Bir müddət fit sədaları altında davam edən iclasda əsəblər tarıma çəkilib və iqtidarla müxalifətin şüşə davası başlayıb. Onlar bir-birinə şüşə atmağa başlayıblar. Bütün bunlara baxmayaraq iqtidaryönümlü millət vəkillərinin bəzi qərarları qəbul etdiyini gördükdə isə müxaliflər zala gözyaşardıcı qaz atıblar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR