"Xəzər Lənkəran" daha bir bir sabiq futbolçusunu geri qaytarıb. Fanat.az xəbər verir ki, müdafiəçi Ruslan Cəfərov yenidən "ağ-yaşıl" formanı geyinəcək.
23 yaşlı futbolçu yayda "Zirə"yə keçmişdi. O, paytaxt klubunun əsas heyətində debüt etməyib. Cəfərov artıq "Xəzər Lənkəran"la müqavilə bağlayıb.
Qeyd edək ki, Cəfərov ötən mövsüm "Xəzər Lənkəran"ın heyətində 7 rəsmi oyuna çıxaraq 252 dəqiqə oynayıb.
Fanat.az