​Xırdalanda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edilib

​Xırdalanda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edilib
17:52 10 Yanvar 2016
65 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ Günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla 25 nəfər sakin təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xirdalanda-yasayis-binasinda-yangin-bas-verib-25-nefer-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR