Azərbaycanda meşəbəyini öldürdülər

Azərbaycanda meşəbəyini öldürdülər
17:56 10 Yanvar 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə vətəndaşlar arasında baş verən dava ölümlə nəticələnib.

Göygöl şəhər polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Kənd ərazisindəki meşə massivinin meşəbəyisi olan kənd sakini, 1985-ci il təvəllüdlü Rəşad Qəşəm oğlu Əliyev adı hələlik istintaqla müəyyən edilməyən şəxslə mübahisə edib. Daha sonra mübahisə davaya çevrilib və həmin şəxs Rəşad Əliyevə bıçaq zərbələri endirib. 31 yaşlı meşəbəyi aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun meyitini meşəyə gələn kənd sakinləri aşkar ediblər.

Hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Dünən də paytaxda qətl hadisəsi baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsi Bağlar massivi adlanan ərazidə yaşayan qəsəbə sakini 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun bıçaq zərbələri endirilərək öldürülmüş cəsədi aşkar edilib. Aparılan araşdırmalar nəticəsində qətlin tamah məqsədi ilə törədildiyi müəyyən edilib. Çünki qətli törədən şəxs və ya şəxslər evin altını-üstünə gətiriblər. Məlum olan odur ki, öldürülən şəxsə 3 bıçaq zərbəsi endirilib. Qalib Bağırov qətlə yetirildiyi evdə tək yaşayırmış.

Öldürülən Qalib Bağırov paytaxtdakı Taxıl Kombinatının meneceri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR