İran millisinin futbolçusu şəklə görə HƏBS olunub

İran millisinin futbolçusu şəklə görə HƏBS olunub
20:32 10 Yanvar 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

İran millisinin qapıçısı Soşa Məkani polis tərəfindən həbs olunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb qolkiperin sosial şəbəkədə örtüyü olmayan qadınlarla şəklini paylaşması olub. Onun vəkili Behman Əliməhəmmədi futbolçunun sosial şəbəkədəki hesabının haker hücumuna məruz qaldığını və şəklin də onlar tərəfindən yerləşdirildiyini iddia edib. Yanvarın 4-dən həbs edilən Məkani araşdırma müddətində həbsxanada qalacaq. Ona qarşı "cəmiyyətdə korrupsiya və əxlaqsızlıq" maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR