"Traktorsazi" ilə "Qarabağ" yox, "Zirə" qarşılaşacaq

"Traktorsazi" ilə "Qarabağ" yox, "Zirə" qarşılaşacaq
23:32 10 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakının "Zirə” klubunun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adı məlum olub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə. bu, İranın "Traktorsazi” komandası olacaq.
Yanvarın 16-da keçiriləcək oyun saat 17-00-da başlayacaq. Yanvarın 22-də isə "Qartallar” Rumıniyanın "Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha öncə "Traktorsazi" ilə "Qarabağ"ın üz-üzə gələcəyi açıqlanmışdı. Oyun da elə yanvarın 16-na nəzərdə tutulmuşdu. Lakin sonradan Ağdam klubunun rəqibi dəyişib və Almaniyanın regional liqa təmsilçisi "Rot Vayss Essen" olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/traktorsazi-ile-qarabag-yox-zire-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR