Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd edilib (FOTO)

Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd edilib (FOTO)
17:08 30 Dekabr 2014
127 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, 2014-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etdiyi, Dövlət proqramlarının icra edildiyi, ümumilikdə 2014-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirilib.

Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirib.

Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs Fəxri fərmanlarla mükafatlandırılıb.

Daha sonra Binəqədi rayonunun 2014-cü ilin uğurlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirilib. Eyni zamanda,Ş rayonun balaca sakinlərinin iştirak etdiyi tədbirdə Şaxta baba və Qar qızın tədbirə qatılması şənliyə ahəng qatıb. Maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb.

Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində yaşayan binəqədililərin təbriklərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR