Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanasına raket hücumuna məruz qalıb

Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanasına raket hücumuna məruz qalıb
01:22 11 Yanvar 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Yəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfərin həlak olduğu bildirilir.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, qrupun açıqladığı bəyanatda deyilir ki, raket hücumu Saada vilayətinin Raze şəhərindəki Şiara xəstəxanasına qarşı həyata keçirilib.
Sərhədsiz Həkimlərin verdiyi məlumata görə, hücum nəticəsində ən azı 10 nəfər yaralanıb. Yaralılar arasında qrupun üzvləri də var. Məlumatda habelə bildirilir ki, dağıntılar altında insanların qaldığına görə ölənlərin sayının artacağı istisna edilmir.
Qrupun direktoru Raquel Ayora bildirib ki, hücumu həyata keçirənlər Şiara Hospitalının tibbi klinika kimi fəaliyyət göstərdiyini biliblər. "Onları bunu bilməməsi mümkün deyil" - deyə o, bildirib.
Onun sözlərinə görə, Səudiyyənin başçılıq etdiyi koalisiya da daxil olmaqla müharibə edən bütün tərəflərə vaxtaşırı tibbi klinikanın GPS kordinatları göndərilib.
Bu, son aylarda qrupun məruz qaldığı üçüncü hücumdur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemende-serhedsiz-hekimlerin-xestexanasina-raket-hucumuna-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR