Türkiyənin Kırşehir vilayətində zəlzələ baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Kırşehirin Çiçekdağı rayonu olub.
Təbii Fəlakət və Fövqəladə Hallar (AFAD) idarəsi dünən yerli vaxtla saat 19.40-da (Bakı vaxtıyla 21.40) meydana gələn zəlzələnin şiddətinin 5 bal gücündə olduğunu bildirib.
“Zəlzələnin baş verdiyi mərkəzə ən yaxın yaşayış massivinin, 0.69 km-lə Kırşehir vilayəti, Çiçekdağı rayonunun Hacıduraklı kəndi olduğu müəyyən edilib. Yerin 14.74 kilometr altında baş vermiş zəlzələdən sonra aparılan təhqiqatlar nəticəsində yeraltı təkanların hiss edildiyi Çiçekdağı rauyonuna bağlı kəndlərdə olan bəzi kərpic evlərdə dağıntı olduğu müyyən olunub. Paytaxt Ankarada və Kırklarelində də hiss edilən zəlzələ nəticəsində ölən və xəsarət alan olmadığı bildirilib.” – deyə AFAD-ın açıqlamasındas bildirilir.