"Azərbaycan dünyaya tolerantlıq mühiti ixrac edə bilər" (VİDEO)

"Azərbaycan dünyaya tolerantlıq mühiti ixrac edə bilər" (VİDEO)
02:31 11 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

ANS TV-də "Hesabat" verilişinin qonağı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı olub. Proqramda tolerant ölkə kimi Azərbaycanın dünyada daha çox tanınması üçün atılacaq addımlar müzakirə olunub.

Dünyanın bütün dinlərinin başını aşağı salıb, yəni özünəməxsus səcdə qılıb yaşadığı bu ölkənin təcrübəsini necə yaymaq olar? Bu vacibdir, lazımdır. Necə edək ki, məsələn, başqa müsəlman ölkələrində də bizdəki kimi olsun. Lap sadəsi. Bizim haqqında danışdığımız İslam ölkələri, müsəlman ölkələri Azərbaycana oxşamağa başlasın. Bunu üçün nə etmək lazımdır Mübariz müəllim?

– Bunun üçün nə lazımdırsa, o edilir. Qeyd edim ki, tolerantlıq yalnız dinlə bağlı deyil. Tolerantlıq müxtəlif məsələləri özündə ehtiva edir. Eyni zamanda tolerantlıq yalnız Azərbaycanın timsalında dünyaya nümayiş etdirilərkən İslam ölkəsi olduğumuza görə yox, bütövlükdə Azərbaycan cəmiyyəti tolerantlığından danışmalıyıq. Yəni Azərbaycan həm İslam ölkələri üçün mültikultural və tolerant bir ölkə nümunəsidir, eyni zamanda İslam ölkələri üçün. Həqiqətən də biz bugünkü dünyaya nəzər salsaq, dünyada çoxsaylı münaqişlər var. İndi aparılan hesablamalara görə, bu münaqişələrdən ən azı 15-i artıq qan tökülən, odlu münaqişələr hesab olunur. Bu münaqişələrin də bir çoxu məhz dini xarakterli məsələlərdən irəli gəlir. Deməli ortada bir sual var. Nə etməli? Bunun cavabı budur ki, mütləq ölkələr, xalqlar tolerant mültikultural mühit yaratmalıdır. Əks təqdirdə daha böyük müharibələr qaçılmaz olar. 20-ci əsrin – I. II dünya müharibələri və onları təhlili məhz bunu göstərir. Harda ki, bir-birinə qarşı inamsızlıq və inkar var burda mütləq toqquşma var. Azərbaycanda olan bu nümunəvi modeli biz dünyaya hərtərəfli şəkildə yaymaqdayıq. Bu istiqamətdə əlbəttə qısa bir zaman kəsiyində çox məsələləri sıralayaraq söyləmək o qədərdə asan məsələ deyil.

- Onun bir yolunu mən bilirəm və bilirəm ki, Azərbaycan bunu çox uğurla edir. Azərbaycanda elə bu mövzularda keçirilən beynəlxalq tədbirlər, dünyanın müxtəlif ölkələrinin, xüsusilə İslam ölkələrindən, müsəlman ölkələrindən dəvət olunan insanlar sayı elə bunu deməyə əsas verir. Amma bunu hər hansı bir elmi şəkildə, hər hansı bir konseptual şəkildə təbliğindən söhbət gedir.

– Azərbaycanın tolerant mühiti həqiqətən nümünəvidir. Hətta Amerika Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri xanım Enn Dersi müsahibələrinin birində bildirmişdir ki, "Azərbaycan dünyaya neft-qaz ixrac edən ölkə kimi tanınır. Lakin mən Azərbaycanda fəaliyyət göstərdiyimi dövrdə gördüyüm mühiti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan tolerantlıq mühitini dünyaya ixrac edə bilər.". Bu gün də Azərbaycanda dövlət səviyyəsində böyük bir siyasət həyata keçirilir. Heydər Əliyev Fondunun xətti ilə burada çox böyük işlər görülür. Belə ki, Azərbaycanda son illərdə prezident İlham Əliyevin birbaşa öz təşəbüssü və iştirakı ilə çoxlu sayda həm İslam Əməkdaşlıq Təşkilatı Çərçivəsində, həm sivlizasiyalararası dialoq əlaqədar beynəlxalq tədbirlər keçirilib. Azərbaycan bu tədbirlərə ev sahibliyi edib. Eyni zamanda Azərbaycandan kənarda, xaricdə Heydər Əliyev Fondunun birbaşa himayəsi altında Avropa və Asiya ölkələrində çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərdə həm Azərbaycan, həm də xarici mütəxəssislər iştirak edib. Azərbaycanda olan tolerant mühitin dünyaya çatdırılması üçün çox böyük tədbirlər görülüb. O cümlədən son dövrlərdə bizim komitə tərəfindən bu işlərlə əlaqədar tədbirlər həyata keçirilməkdədir. Təbii ki, əvvələr də belə bir tədbirlər həyata keçirilib...

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR