Meksikada avtobus qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Meksikada avtobus qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb
04:07 11 Yanvar 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Meksikanın Verakrus ştatında baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində həvəskar futbol komandasının üzvlərinin də olduğu avtobus körpüdən çaya düşüb. Sərnişinlərdən 25-i yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
İlkin ehtimallara görə qəzaya yüksək sürət və texniki nasazlıq səbəb olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR