Türkiyə böhrandan çıxış yolu axtarır

Türkiyə böhrandan çıxış yolu axtarır
06:11 11 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İnkişaf Naziri Cevdet Yılmaz xarici ölkələrin investorlarını cəlb etmək üçün genişmiqyaslı qlobal reklam kampaniyasına başlayacaqlarını elan edib. ANS PRESS-in məlumatına görə, potensial investorların axtarışı məqsədilə gerçəkləşək layihə çərçivəsində dünyanın aparıcı şirkətlərinin baş direktorları və dünyanın nüfuzlu maliyyəçiləri və bankirlərlə görüşlər nəzərdə tutulur. Yılmaz bildirib ki, Türkiyənin beynəlxalq investisiya imicini yaxşılaşdırmaq üçün 4 istiqamətli strategiya işə salınacaq, özəl sektorla dövlət sektorunun koperasiyası, özəl sektor investisiyası, xarici birbaşa investisiyalar sektorlarında bir sıra iri layihələr həyata keçiriləcək.

“Dünyada ticarət və kapital perspektivləri qlobal şəkildə azalmaqdadır. Bu xüsusilə inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Bu problemi aradan qaldırmaq üçün ilk növbədə xarici investisiyaya olan ehtiyaclarımızı azaltmalıyıq. Daha çox xarici investisiya cəlb etməyin yeganə yolu ölkəni daha cəlbededici etməkdi. Bunun üçün bürokratik əngəllər azaldılmalı, ədliyyə sisteminin effektivliyi artırılmalı, əmək qüvvəsinin keyfiyyatınə investisiya qoyulmalı, infrastruktur inkişaf etdirilməlidir.” – deyə türk nazir bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR