Kikboksinq üzrə XXII Azərbaycan çempionatı keçiriləcək

Kikboksinq üzrə XXII Azərbaycan çempionatı keçiriləcək
06:57 11 Yanvar 2016
16 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Fevral 15-dən 17-dək kikboksinq üzrə “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçiriləcək.
Çempionatın keçirilməsində məqsəd 2016-ci ildə dünya, Avropa çempionatlarında, beynəlxalq və peşəkarlar arasında turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir.
XXII Azərbaycan çempionatının qalibləri fevralın 15-də müəyyənləşəcək, kadetlər arasında birincilik isə fevralın 16-dan 17-dək davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR