Asan alma piroqu - FOTO

Asan alma piroqu - FOTO
07:05 11 Yanvar 2016
115 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az alma piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi (4-6 pay): 

300 q qat-qat xəmir 
3-4 alma
şəkər tozu (zövqə görə)
3 x.q. xama
2 yumurta
1 x.q. nişasta
vanilli şəkər 
darçın (zövqə görə)

Almaları təmizləyib tərəfi 1 sm olan kubiklərə doğrayın. 

Qat-qat mayasız xəmiri almalardan bir qədər iri kubiklərə doğrayın.  

Ortası deşik olan formaya əvvəlcə xəmiri, sonra almaları tökün, şəkər tozu və darçın (yaxud vanil) səpin, sonra layları təkrarlayın (forma dolub-daşmasın, başından yer saxlayın). 

Yumurta, xama, nişasta və vanili qarışdırın, formanın içindəki piroqun üzərinə gəzdirin. 

180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin. Hazır olan kimi formadan çıxarmayın, bir qədər soyumasını gözləyin.

Nuş olsun! 

Milli.Az 



Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/396747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR