Tehran: "Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair razılaşmanı pozmaq istəyir"

Tehran: "Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair razılaşmanı pozmaq istəyir"
07:17 11 Yanvar 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair razılaşmanı pozmaq istəyir. Bu məqsədlə Ər-Riad regionda gərginliyi artırır". "Report"un məlumatına görə, bu fikirlər İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin "New York Times" qəzetinə yazdığı məktubda yer alıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu gün regionda normallaşma prosesinə mane olan əsas amildir.
"İranın nüvə proqramı dünya ictimaiyyəti tərəfindən təhlükə mənbəyi olaraq qəbul edilməsə, hərkəs Səudiyyə Ərəbistanının ekstemizmə dəstək verdiyini açıq şəkildə görəcək. Bu səbəbdən də Ər-Riad regionda qarşıdurma yaradaraq Qərbə təzyiq etmək istəyir", - deyə Məhəmməd Cavad Zərif vurğulayıb.
İran diplomatiyasının rəhbəri qeyd edib ki, Yəməndə müharibəni alovlandıran, ekstremist qruplaşmalara dəstək verən və İrana qarşı təxribat törədən ölkə Səudiyyə Ərəbistanıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR