"El Mundo" azərbaycanlı publisistin Madrid haqqında təəssüratlarından yazır

"El Mundo" azərbaycanlı publisistin Madrid haqqında təəssüratlarından yazır
08:23 11 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 11 yanvar, AZƏRTAC
İspaniyanın məşhur nəşrlərindən olan "El Mundo" qəzeti azərbaycanlı gənc publisist Kamal Bağırlının Madrid haqqında təəssüratlarını dərc edib.
Məqalədə deyilir ki, 35 yaşlı azərbaycanlı publisist Madridin keçmişdən bəhs edən fotoları taparaq, həmin yerləri müasir fotoları ilə sintez edir. Bu əsasən Madridin məşhur və tarixi küçələrindən görüntülərdir. Eyni layihəni ilk dəfə doğma şəhəri Bakıda reallaşdıran K.Bağırlı bu dəfə Madriddən ilhamlanıb. O, bu işi gələcəkdə İspaniyanın Barselona, Valensiya, Sevilya kimi şəhərlərində də həyata keçirmək arzusundadır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotEl_Mundo_quot_azerbaycanli_publisistin_Madrid_haqqinda_teessuratlarindan_yazir-917355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR